İlham Əliyev ABŞ Dövlət katibinin müavininin müşavirini qəbul edib

26 Fevral 2020 12:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.