Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir

26 Fevral 2020 11:16 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir. DİM-dən SİA-ya bildirilib ki, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz. Portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazıla bilərsiniz:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı.

- XI sinif tədrisi ingilis dilində olan məktəb məzunları üçün Azərbaycan dili imtahanı.

Onlayn sınaq imtahanda iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir.

Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub.