Əlcəzairdə həkimlər ölkədə ilk koronavirusa yoluxma halını təsdiqləyiblər

26 Fevral 2020 08:41 (UTC+04:00)
Əlcəzairdə həkimlər ölkədə ilk koronavirusa (2019-nCoV) yoluxma halını təsdiqləyiblər. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Səhiyyə, Əhali və Tibbi İslahatlar naziri Abderrahman Benbuzid açıqlamasında deyib. Nazir bildirib ki, yoluxmuş şəxs ölkəyə fevralın 17-də İtaliyadan gəlib: "Xəstə artıq karantindədir. Onun müalicəsi üçün lazımi tədbirlər görülür".