İtaliyada koronavirus qurbanlarının sayı 10-a çatıb

26 Fevral 2020 07:04 (UTC+04:00)

İtaliyada koronavirus qurbanlarının sayı 10-a, youxanların sayı isə 322 nəfərə çatdı.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, son saatlarda ölən üç nəfər 80 yaşdan yuxarı insanlardır: “Yoluxanların əksəriyyəti – 240 nəfəri Lombardiyada qalır”.

Departament rəhbəri qeyd edib ki, Siciliyada bu xəstəliyə yoluxanların sayı üç nəfərə yüksəlib.