Böyük Britaniya və Avropa İttifaqı arasında ticari danışıqların ilk turu keçiriləcək

26 Fevral 2020 05:17 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) nazirləri Böyük Britaniyalı nümayəndələr ilə Brexit sonrası səlahiyyətlərini təsdiqləmək və ticarət danışıqlarına başlamaq üçün görüşəcəklər.

Aİ standartlarının gələcəkdə hər hansı bir ticarət sövdələşməsində istinad nöqtəsi kimi xidmət etməsi üçün ittifaqın Ümumi İşlər Şurası tərəfindən təsdiqlənən sənəd, Mişel Barniyer tərəfindən aparılacaq gələcək danışıqlar üçün əsas olacaq.

Yekun razılaşmanın internetdə yayımlanması və cümə axşamı parlamentə təqdim olunması gözlənilir.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı arasında ticari danışıqların ilk turu martın 2-də Brüsseldə keçiriləcək.