Mingəçevirdə güclü küləyin təsirindən ağac qadının üstünə aşıb

26 Fevral 2020 00:19 (UTC+04:00)

Mingəçevirdə güclü küləyin təsiri nəticəsində 37 yaşlı qadının üstünə ağac aşıb.

SİA xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında baş verib.

Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb. Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.