87 məntəqə seçki komissiyası buraxılıb

25 Fevral 2020 19:56 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 87 məntəqə seçki komissiyasını buraxıb. SİA-nın məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib. Məntəqə seçki komissiyaları fevralın 9-da Milli Məclisə keçirilən seçkilər zamanı yol verdikləri nöqsanlara görə buraxılıb.