MSK parlament seçkilərinin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb - AÇIQLAMA

25 Fevral 2020 19:37 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb. SİA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirəyə çıxarıb.