Pakistanın Lahor Universitetində Xocalı qurbanları anıldı

25 Fevral 2020 18:52 (UTC+04:00)

25 fevral, 2020. Xocalı soyqırımımn 28 illiyi ilə bağlı, “Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində Pakistanın Laoor Universitetində seminar keçirilib. Tələbələrin, ekspertlərin və QHT nümayəndələrinin qatıldığı seminar Pakistanın Gənclərə Dəstək Şəbəkəsi (GDŞ) və Lahor Universitetinin birgə təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi ilə baş tutub.

GDŞ-ın Tədqiqatlar və İctimai Əlaqələr üzrə nümayəndəsi Momnah Əsəd Xocalı faciəsi və 2009-cu ildən etibarən “Xocalıya ədalət” kamnaniyası haqqında geniş təqdimatla çıxış edib. Lahor Universitetinin Sosial Elmlər fakültəsinin dosenti Təhminə Aslam bildirib ki, bəşəriyyət təhhdidlərlə mübarizə aparmaq və dünyada ədalət və sülhü bərqərar etməkçün təcavüz və hərbi cinayətlərə qarşı ciddi mübarizə aparmalıdır. Azərbaycan diasporunun Lahordakı nümayəndəsi və Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təmsilçilik hüququ verilən Şəhla İsayeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Pakistanın Xocalı soyqırımını milli səviyyədə tanıdan ölkə kimi xatırladıb. Beynəlxalq Kəşmir Lobbi Qrupunun nümayəndəsi Zaman Bacva öz çıxışında bildirib ki, Xocalı facisəi daima bəşəriyyətin yaddaşında ağrı mənbəyi olacaq.

İƏGF-ARM-nin İdarə Heyətinin üzvü və GDŞ-nin rəhbəri Fsahat Ul Hassan seminara yekun vuraraq, beynəlxalq təşkilatların, müvafiq QHT-lərin bu ədalətsizliyə biganə qalmamalarını, Xocalı faicəsinin dünya ictimaiyyəti tərəfindən istər hüquqi, istərsə də mənəvi müstəvidə tanınmasının vacibliyini vurğulayıb.