“Xocalı soyqrımı- qan yaddaşımız”

25 Fevral 2020 18:31 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Tədbirlər Planına uyğun olaraq 26 fevral Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar ərazi ilk partiya təşkilatlarında tədbirlər həyata keçirir. 25 fevral 2020-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında ərazi ilk partiya təşkilat sədrləri ,Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı soyqrımı - qan yaddaşımız” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyev açmış,Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqidəlik sükutla yad etmişlər. Seyfəddin Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə dinc əhaliyə qarşı hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət aktı idi.

Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Cəmaləddin Ağayev çıxış edərək bildirdi ki, erməni silahlı quldurları rus birləşmələri ilə birgə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Qadınlar Şurasının üzvü Nailə Əsədullayeva öz çıxışında bildirdi ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu Azərbaycan xalqının matəmidir.

Boradigah məktəb ərazi ilk partiya təşkilatının sədri Nurməmməd Ağayev çıxış edərək bildirdi ki, erməni vandalları tərəfindən Xocalı şəhərində törətdilmiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu və Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

Əlihüseyn Şükürov