Tramp koronavirusla bağlı vəziyyəti açıqladı

25 Fevral 2020 17:58 (UTC+04:00)

“ABŞ-da koronavirusla əlaqəli vəziyyət yaxşılaşıb və xəstələnənlər sağalıb.” SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Tramp bəyan edib.

ABŞ prezidenti xəstəliyin nəzarət altında olduğunu vurğulayıb. "Biz bir neçə amerikalını gəmidən gətirdik. Onlar karantindədirlər. Düşünürük ki, tezliklə yaxşı vəziyyətdə olacaqlar" deyə Trump bəyan edib.

Trampa görə, ABŞ koronavirusla mübarizə üçün 2,5 milyard dollar ayırıb. Xatırladırıq ki, ABŞ-a gələn 14 nəfərdə koronavirus aşkar edilib. Ayrıca, Diamond Princess kruiz gəmisindən 36 Amerikalı və Uhandan da üç nəfər ABŞ-a gətirilib ki, onlar artıq karantinə alınıb.