Atıcılarımız Avropa çempionatında yarışacaqlar

25 Fevral 2020 17:18 (UTC+04:00)

Fevralın 28-də Polşanın Vrotslav şəhərində böyüklər arasında güllə atıcılığı üzrə Avropa çempionatı start götürəcək. SİA-nın məlumatına görə, qitə çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək. Güllə atıcılığı üzrə yığma komandamızın üzvləri Ruslan Lunyov və Nigar Bağırova çempionatda 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparacaqlar.

Yarışlar martın 2-dək davam edəcək.