Model: "Sponsor axtarıram, alt paltarında..." AÇIQLAMA-FOTOLAR

25 Fevral 2020 17:21 (UTC+04:00)

Azərbaycanlı model Arzu Nağıyeva sponsor axtarışına çıxıb. SİA-ya bu haqda Arzunun özü açıqlama verib: "Əslində sənətim vizajistlikdir. Hazırda da vizajist olaraq gözəllik salonlarının birində çalışıram. Amma model olaraq fəaliyyət göstərmək uşaqlıq həvəsim olub. İndi də özümü model kimi sınamaq istəyirəm. Buna görə də pula ehtiyyacım var. Sponsor axtarışındayam. Amma utancaq olduğum üçün heç kimə müraciət edə bilmirəm".

Arzu yeni fotosessiya etdirəcəyini bildirib: "Yeni fotosessiya etdirəcəm. Kamera qarşısında alt paltarında olacam. Amma həmin fotosessiya zamanı üzümü gizlədəcəm".

Model valideynlərindən də söz açıb: "Anam vəfat edib. Atam isə sağdır. Atam model olmağıma narazı olsa da bu addımı atacam. Çünki hər kəsin özünəməxsus həyatı var".