Misir Prezidenti vəfat etdi

25 Fevral 2020 16:23 (UTC+04:00)

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib. SİA xəbər verir ki, Misir dövlət televiziyası sabiq prezidentin ölümünü təsdiqləyib.

Keçmiş ölkə prezidentinin 91 yaşında vəfat etdiyi bildirilib. O, Misirin dördüncü prezidenti olub və 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən sabiq prezident azadlığa buraxılıb.