Qubada ev yandı

25 Fevral 2020 16:21 (UTC+04:00)

Quba rayonunun Tülər kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.