Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda -RƏSMİ SƏFƏRDƏDİR

25 Fevral 2020 13:19 (UTC+04:00)

Prezident Ərdoğan 25 fevral 2020-ci il tarixində ölkəmizə etdiyi rəsmi səfər çərçivəsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasına qatılacaq. SİA-nın məlumatına görə, iclas Azərbaycan və Türkiyə Prezidentlərini həmsədrliyi ilə keçiriləcək.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası çərçivəsində ölkələrə arasında ticarət, müdafiə, hərb, idman və bir sıra sahələri əhatə edən doqquz müqavilənin imzalanması nəzərdə tutulur.

Bunlar arasında 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrük rüsumunun ləğvi və endirilməsini nəzərdə tutan preferensial ticarət haqqında müqavilə ön plana çıxır.

Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək, regional məsələlərlə yanaşı, beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.