Narkotik alverçisi tutuldu

25 Fevral 2020 12:43 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini V.Ələkbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülüb.