Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

25 Fevral 2020 11:24 (UTC+04:00)

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.