Aqşinlə Vəfadan yenilik VİDEO

25 Fevral 2020 10:20 (UTC+04:00)

Meyxanaçı Aqşin Fatehlə müğənni Vəfa Şərifova bir araya gəlib. SİA-nın məlumatına görə, ifaçılar "Şəkillərdə gülən qadın" adlı dueti ərsəyə gətiriblər. Hətta cütlük həmin duetə klip də çəkdiriblər.

Ekran işini Aqşin Fatehin özü lentə alıb.

Qeyd edək ki, "Şəkillərdə gülən qadın" adlı mahnının sözləri və musiqisi meyxanaçının özünə aiddir.