Koronavirusa 60 yeni yoluxma hadisəsi qeydə alınıb

25 Fevral 2020 09:25 (UTC+04:00)

Cənubi Koreyada koronavirusa 60 yeni yoluxma hadisəsi qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı məlumat yayıb. Bununla da koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların ümumi sayı 893 nəfərə çatıb. Qurum qeyd edib ki, 49 yeni yoluxma halı Kyensan-Punkto vilayətində və Tequ şəhərində qeydə alınıb. 13 273 nəfərdən analizlər götürülüb, 8 nəfər dünyasını dəyişib. Ümumilikdə 22 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.