İtaliyada koronavirusa yoluxanların sayı 200 nəfəri keçib

25 Fevral 2020 06:37 (UTC+04:00)

İtaliyada koronavirusa yoluxanların sayı 200 nəfəri keçib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, fevralın 24-də ölkədə 6-cı insan bu virus səbəbindən dünyasını dəyişib. Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya regionlarıdır.

Ölən 6 nəfər haqqında açıqlamada bildirilir ki, onların hamısı immuniteti aşağı olan, qısa müddət əvvəl başqa xəstəliklərdən zəifləmiş, həmçinin 68-88 yaş arası insanlardır.

İtaliya hazırda Avropada ən çox koronavirus daşıyıcısının olduğu ölkədir.