"Türkiyənin səlahiyyətli nümayəndəlikləri İranda aşkarlanan koronavirus səbəbindən sərhəd keçid məntəqələrində bəzi tədbirlər görüb. SİA-nın məlumatına görə, bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, bu kontekstdə Naxçıvandan Türkiyəyə səfərlər məsələsində də bəzi addımlar atılmaqdadır: "Bu addımların Naxçıvana zərər verməməsi məqsədilə tədbirlərin koordinasiyası üçün Naxçıvan Muxtar Respublikasının səlahiyyətli nümayəndəlikləri ilə danışıqlar hal-hazırda da davam etməkdədir".