Ermənistanda tibbi maskaların qiyməti artdı

24 Fevral 2020 17:33 (UTC+04:00)

Ermənistanda tibbi maskaların, antiviral dərmanların qiyməti süni şəkildə artırılır. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlumata istinadən xəbər verir ki, Ermənistanın İqtisadi Rəqabət Müdafiə Dövlət Komissiyası əczaçılıq ticarəti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini tibbi maskaların, antiviral dərmanların qiymətlərini əsassız artırmaqdan çəkinməyə, bazarda süni qıtlıq yaratmamağa çağırır.

Eyni zamanda, Ermənistan İqtisadi Rəqabət Müdafiə Dövlət Komissiyası bu sahədə monitorinqlərin davam etdiyini də bildirir. Mümkün pozuntular və sui-istifadə halları olduqda, komissiyanın inzibati icraata başlayacağı və ciddi məsuliyyət tədbirləri tətbiq edəcəyi deyilir.