Banişevskinin xatirə turniri keçirilib

24 Fevral 2020 17:31 (UTC+04:00)

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, mərhum Anatoli Banişevskinin anadan olmasının 74-cü ildönümü münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilib. SİA-nın məlumatına görə, AFFA-nın Futbol Akademiyasının süni örtüklü meydançasında təşkil olunan mini-turnirdə 4 komanda mübarizə aparıb.

Hakimlər Komitəsinin komandasını məğlub edən Veteranlar yığması xatirə turnirinin qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak ediblər.

Qalib komandaya kuboku mərhumun həyat yoldaşı İnna Banişevski təqdim edib.