İranda 35 Ermənistan vətəndaşı səfirliyə müraciət edib Koronavirusa görə

24 Fevral 2020 17:09 (UTC+04:00)

“İkili vətəndaşlığı olanlar da daxil olmaqla 35 Ermənistan vətəndaşı koronavirusun yayılması ilə əlaqədar İrandakı Ermənistan səfirliyinə müraciət edib”. SİA Ermənistana məxsus armenpress.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.

Onun sözlərinə görə, səfirlik Ermənistan vətəndaşlarının qaldırdığı məsələlərin tez bir zamanda həll olunması üçün əlindən gələni etməyə çalışır: “Ermənistanın İrandakı səfirliyinə 35 Ermənistan vətəndaşı müraciət edib. Səfirlik Ermənistan vətəndaşları ilə daim təmasdadır və onlar tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün bütün lazımi addımları atır".