Texasda 7 nəfər xəsarət alıb

24 Fevral 2020 17:08 (UTC+04:00)

ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki geyim bazarında baş verən atışmada 7 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Harris dairəsinin şerifi Ed Qonzalez məlumat verib.

"Ən ilkin məlumat: yeddi nəfər güllə yarası alıb, hazırda onlar xəstəxanalara yerləşdirilib", - deyə, şef "twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, hadisə yerində bir nəfər saxlanılıb.