Mas-reslinq üzrə Bakı kuboku turniri başa çatıb

24 Fevral 2020 16:58 (UTC+04:00)

Abşeron Olimpiya İdman Kompleksində mas-reslinq üzrə Bakı kuboku turniri keçirilib. SİA-nın məlumatına görə, yarışda 14 komandadan 100 idmançı iştirak edib. Turnirdə gənclər və böyüklər qüvvələrini sınayıblar.

Gənclər arasında keçirilən yarışda Hüseyn İsmayılov (60 kq), Nurlan Quluzadə (70 kq), Amin Məhərrəmov (80 kq), Kamil Nəbiyev (90 kq), Rəşad Əmiraslanov (105 kq), Alxas Cəfərov və Hüseyn Qurbanzadə (hər ikisi 105 kiloqramdan yuxarı) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin mübarizəsində isə Arif Şahlarov (65 kq), Mikayıl Mikayıllı (70 kq), Orxan Xanlarov (75 kq), Bahadur Əsgərov (80 kq), Xəyyam Orucov (90 kq), Cahangir Yaqubov (105 kq) və Tərxan Müzəffərov (125 kq) birinci olublar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.