Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək

24 Fevral 2020 16:56 (UTC+04:00)

Martın 2-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: office.shirvan@regulator.gov.az, shirvan@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.