Hacıqabulda ölümlə nəticələnən qəza baş verib

24 Fevral 2020 16:52 (UTC+04:00)

Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Gəncə şəhər sakini S.Muqumov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Fikrət Xəlilovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.