Abşeronda ağır qəza: ölən var

24 Fevral 2020 16:27 (UTC+04:00)

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 23-də saat 17 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini İslam Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.