Oğurluqda şübhəli bilinən şəxslər tutuldu

24 Fevral 2020 16:17 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 700 manat dəyərində televizor və yataq dəsti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılıb.