Prezident İsrafil Qurbanovu təltif etdi

24 Fevral 2020 15:47 (UTC+04:00)

İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.