İlham Əliyev deputatı təltif etdi

24 Fevral 2020 15:45 (UTC+04:00)

Prezident İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, deputat Tahir Rzayevin 70 yaşı tamam olur.