Qızıl və gümüş bahalaşıb

24 Fevral 2020 12:51 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

SİA-nın verdiyi məlumata görə, qızılın qiyməti əvvəlki günlərlə müqayisədə 61,8375 manat artaraq 1 unsiya üçün 2 826,114 manat təşkil edib.

Gümüş 0,3524 manat bahalaşaraq 1 unsiya üçün 31,7618 manata bərabər olub.

Platinin qiyməti 15,606 manat azalaraq 1 653,471 manat, palladiumun qiyməti 32,6315 manat artaraq 4 631,1825 manat təşkil edib.