Bakıda evdən küllü miqdarda pul və qızıl oğurlanıb

24 Fevral 2020 12:44 (UTC+04:00)

Bakıda oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisindəki evlərin birindən 12 000 manat, qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.