"Məqsəd beynəlxalq məhkəmələrdə Xocalı faciəsinin soyqrımı kimi tanınmasıdır" - Prezidentin köməkçisi

24 Fevral 2020 11:36 (UTC+04:00)

"Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalı faciəsinin soyqrımı kimi tanınmasına nail olmaqdır". SİA xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bu sözləri "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" Beynəlxalq konfransında çıxışından sonra mətbuata açıqlamasında deyib.

"Xocalı hadisələri insanlıq əlehinə cinayət və soyqrımı aktı kimi qəbul edilmişdir. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalı faciəsinin soyqrımı kimi tanınmasına nail olmaqdır. Bu proseslərə ictimai məlumatlandırma, "Xocalıya Ədalət" kampaniyası və vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti və diplomatik nümayəndəliklərimizin fəaliyyəti önəmli xarakter daşıyır".