"Paşinyan Qarabağ kartını oynamaqla qeyri-adekvat bəyanatlar verir" - AÇIQLAMA

24 Fevral 2020 10:59 (UTC+04:00)

“Bildiyiniz kimi 366-cı alay əsasən erməni hərbiçilərindən ibarət olan və rus təlimatçılarının birbaşa nəzarəti altında olan alay olub və bu alayda xidmət edən hər bir hərbçi haqqında cinayət işi qaldırılıb”. Bunu SİA-ya açıqlamasında politoloq, siyasi ekspert Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, məhz buna görə, artıq Paşinyan bu hərbiçilərin heç bir problem törətməməsi və yaxud Xocalı hadisəsində hər hansı bir rolu olmaması haqqındakı fikirlər absurd bir məsələdir: “Düşünürəm ki, Paşinyan yenə də Qarabağ kartını oynamaqla, qeyri-adekvat bəyanatlar verir. Lakin cinayət işi olduğuna görə, bu proseslərdə iştirak edən hər bir şəxsin ad-ad həqiqətən də hər bir zabitin və ya gizirin adı olduğuna görə, o məcburdur ki, o faktlardan istifadə etsin”.

Ekspert qeyd edib ki, həmçinin Azərbaycan Hərbi Prokurorluğunda 366-cı alay ilə bağlı cinayət işi var: “Cinayət işini qaldırmaq üçün həm obyekt və həm də subyekt mövcuddur. Paşinyanın həmin yazının sosial şəbəkədə yazıb daha sonra silməsi isə onu göstərir ki, bu problemin gələcəkdə daha da böyüməsindən çəkinib”.

A.Nağıyev sonda isə vurğulayıb ki, hətta bir qədər bundan əvvəl “Arqumet i Faktı” Qəzeti də bəyanat verib ki, 366-cı alayın məhz Xocalı faciəsini törətməsi ilə bağlı ümumiyyətlə Ayaz Mütəllibovun fikirlərinə istinad olunan materiallar dərc etməyib. Burdan da bu nəticəyə gəlmək olar ki, sadəcə olaraq Paşinyan bu kartlardan istifadə etməyə məcburdur”.