Türkiyədə növbəti zəlzələ

24 Fevral 2020 09:27 (UTC+04:00)

Türkiyənin qərbində 4,8 maqnitudada zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi xəbər yayıb.

Məlumata görə, zəlzələ ocağı 7 kilometr dərinlikdə, zəlzələnin episentri İzmirdən 90 kilometr şimal-şərqdə yerləşib.

Hələlik dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.