Fatih Terim əzəli rəqiblə duellərdə yeni rekorda imza atıb

24 Fevral 2020 08:06 (UTC+04:00)
Türkiyə Super Liqasının XXIII turunda "Fənərbaxça" ilə səfər oyunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub. SİA xəbər verir ki, təcrübəli mütəxəssis əzəli rəqiblə duellərdə yeni rekorda imza atıb. Buna qədər sonuncu dəfə 21 il əvvəl - 1999-cu ildə "Fənərbaxça" üzərində Kadıköydəki qələbə zamanı da "cim-bom"u çalışdıran Terim məşqçilik karyerası ərzində "sarı-lacivərdlilər" üzərində 6-cı qalibiyyətini əldə edib. Bununla da 67 yaşlı çalışdırıcı yeni rekord müəyyənləşdirib. Qeyd edək ki, "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub edən "Qalatasaray" turnir cədvəlində liderliyə şərik olub.