Efiopiyada mitinqdə baş vermiş partlayış nəticəsində 29 nəfər yaralanıb

24 Fevral 2020 06:39 (UTC+04:00)

Efiopiyada Baş nazir Abiy Əhmədə dəstək üçün keçirilən mitinqdə partlayış baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, qumbara partlaması nəticəsində nümayişçilərdən azı 29 nəfər yaralanıb.

Hadisə Oromiya bölgəsinin Ambo şəhərində qeydə alınıb. Polis qumbaranın kütləyə “Oromo Azadlıq Cəbhəsi”nin üzvlərindən birinin atdığını bildirib.