Koronavirusa görə İranla nəqliyyat əlaqələrini kəsən ölkələrin sayı 4-ə çatıb

23 Fevral 2020 20:34 (UTC+04:00)

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə yerləşən Taftan sərhəd-keçid məntəqəsini müvəqqəti bağlayıb.

SİA xəbər verir ki, bunu “Dawn” telekanalına açıqlamasında Bəlucistan əyalətinin Daxili İşlər naziri Mir Ziyaulla Lanqove bildirib.

Pakistan Baş Nazirinin köməkçisi Zəfər Mirzə isə bildirib ki, bundan əvvəl İranda səfərdə olmuş şəxslər həkim müayinəsindən keçirilir. Kəraçi, Lahor və Kvett aeroportlarında da sərnişinlərə nəzarət artırılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə, Əfqanıstan və İordaniya koronavirus təhlükəsi ilə əlaqədar İranla nəqliyyat əlaqələrini dayandırıb.