Sumqayıt üçüncü seçki dairəsi ilə bağlı müraciət təmin edilmədi -AÇIQLAMA

23 Fevral 2020 17:20 (UTC+04:00)
Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 43 saylı Sumqayıt üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyeva müraciətdə həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.