Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb

23 Fevral 2020 16:32 (UTC+04:00)
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb. SİA-nın xəbərinə görə, bu, müvəqqəti və profilaktik xarakterlidir. Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.