Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bağlandı

23 Fevral 2020 16:15 (UTC+04:00)
Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. SİA-nın xəbərinə görə, məntəqənin nə vaxt açılacağı məlum deyil. Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.