"Zəlzələdə zərər çəkən Azərbaycan vətəndaşı yoxdur" Baş konsul

23 Fevral 2020 16:00 (UTC+04:00)
Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ ilə bağlı aidiyyəti qaydada məlumatlar almaqdadır. SİA-nın xəbərinə görə, bu vaxtadək təbii fəlakət bölgəsində ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşı olması barədə heç bir məlumat daxil olmayıb. Baş konsulluq hadisənin bütün məqamları ilə bağlı yerli hakimiyyət orqanları ilə sıx təmasdadır. Qeyd edək ki, bu yeraltı təkan nəticəsində Türkiyənin Van şəhərinin Başqala rayonunda dağıntılar altında qalan 3-ü uşaq olmaqla 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Dağıntılar arasında xilasetmə işləri davam etdirilir.( azertac)