Türkiyənin İranla sərhədində baş verən zəlzələdə ölənlər var

23 Fevral 2020 12:34 (UTC+04:00)

Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşı həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Haber Türk" telekanalının efirində bildirib.

O qeyd edib ki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.