Sel və daşqın 4 can aldı

23 Fevral 2020 12:00 (UTC+04:00)
Perunun Takna vilayətində leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəsarət alanların sayı 20 nəfərdən çoxdur. Takna şəhərində yaşayış evlərinə də ciddi ziyan dəyib.Hazırda İtkin düşdüyü ehtimal edilən insanların axtarışı aparılır.