Bir neçə mağazada yanğın olub Ağstafada

23 Fevral 2020 10:31 (UTC+04:00)
Ağstafa rayonunda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən mağazaların lambirindən ibarət tavanı və dam örtüyü 40 m² sahədə, içərisindəki mallar 10 m² sahədə yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.