Şamaxıda zəlzələ olub

23 Fevral 2020 10:00 (UTC+04:00)
Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb. Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.