Kalmıkiya Respublikasında iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb

23 Fevral 2020 05:33 (UTC+04:00)

Rusiya ərazisində, Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın DİN Baş İdarəsinin əməkdaşı Andrey Basxayev bildirib.

Onun sözlərinə görə, avtoqəza zamanı iki minik maşını qarşı-qarşıya toqquşub: “Avtomobilin birində iki nəfər ölüb, Dağıstan qeydiyyat nömrəsi olan ikinci avtomobildə üç nəfər ölüb, iki nəfər xəsarət alıb”.

Xəsarət alanlardan birinin uşaq olduğu deyilir.